Menyu

Pakistanda əməliyyat zamanı 10 terrorçu zərərsizləşdirilib

Nicat Hüseynli
Pakistanda əməliyyat zamanı 10 terrorçu zərərsizləşdirilib
1 dəq oxu

Pakistanın cənub-qərbində, Bəlucistan əyalətində keçirilən əməliyyatlarda 10 terrorçu zərərsizləşdirilib.

Operativ Media xəbər verir ki, bu barədə Pakistan Silahlı Qüvvələri məlumat yayıb.

Bildirilib ki, əməliyyatlar Qabd sərhəd-keçid məntəqəsi və Qvadar şəhəri ətrafında hücum cəhdlərindən sonra başlayıb.

Toqquşmalar zamanı bir mülki şəxs həlak olub, bir neçə nəqliyyat vasitəsinə ziyan dəyib. Təhlükəsizlik qüvvələri arasında itki qeydə alınmayıb.

Əlaqəli Xəbərlər