Menyu

Metro, tramvay və dəmir yolu layihələri üçün torpaqlar alınacaq

Operativ Media
Metro, tramvay və dəmir yolu layihələri üçün torpaqlar alınacaq
1 dəq oxu

Dəmir yolu, metropoliten və tramvay xətlərinin, tunellərin, magistral neft və qaz boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin və digər infrastruktur obyektlərinin tikintisi üçün torpaqların dövlət ehtiyacları məqsədilə alınmasının hüquqi əsaslarının genişləndirilməsi təklif olunur.

Operativ Media xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan Mülki Məcəlləyə və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanun layihəsində əksini tapıb.

Dəyişikliklərə əsasən, dövlət əhəmiyyətli yollarla yanaşı, tunellərin, o cümlədən metro tunellərinin, magistral neft və qaz boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, kanalizasiya və digər hidrotexniki qurğuların, eləcə də dəmir yolu, metropoliten və tramvay xətlərinin tikintisi və quraşdırılması torpaqların dövlət ehtiyacları üçün alınmasına əsas verən hallar sırasına daxil edilir.

Bundan başqa, dəniz və hava limanlarının, aerodromların, dəmiryolu, metropoliten və tramvay stansiyalarının, həmçinin depoların tikilməsi və genişləndirilməsi də bu məqsədlər üçün torpaqların alınmasını mümkün edən hallara aid edilir.

Layihə ilə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 3.1.6-cı maddəsinin ləğvi də nəzərdə tutulur.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Əlaqəli Xəbərlər