“Komo” Paz üçün 100 milyon avrodan çox tələb edə bilər
İtaliyanın “Komo” klubu “Çelsi”, “Mançester Yunayted” və “Arsenal”ın marağına baxmayaraq, yarımmüdafiəçi Niko Pazı yanvar transfer pəncərəsində satmağı planlaşdırmır.
Operativ Media "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, tarixində ilk dəfə Çempionlar Liqasında çıxış edən klub 22 yaşlı futbolçunu əsas oyunçularından biri hesab edir və qışda onun transferi ilə bağlı danışıqlar aparmaq niyyətində deyil.
Bildirilib ki, “Komo” argentinalı futbolçunun satışına razılıq vermək üçün 100 milyon avrodan çox məbləğ tələb edə bilər. Bununla belə, “Real Madrid”in müqavilədəki geri satınalma hüququ vəziyyəti çətinləşdirir. Madrid təmsilçisi 2027-ci ilin yayında 80 milyon avro ödəməklə futbolçunu geri qaytara bilər.
“Komo” ötən yay Pazın müqaviləsini 60 milyon avroya satın alıb. Futbolçunun klubla sözləşməsi 2028-ci il iyunun 30-dək qüvvədədir.
Niko Paz 2026/2027 mövsümündə keçirdiyi 11 oyunda 5 qol vurub və 6 məhsuldar ötürmə edib.
"Transfermarkt" portalı 22 yaşlı yarımmüdafiəçinin bazar dəyərini 80 milyon avro qiymətləndirir.