Menyu

“Strasbur” Samir Əl Murabətlə müqaviləni 2031-ci ilədək uzadıb

Operativ Media
“Strasbur” Samir Əl Murabətlə müqaviləni 2031-ci ilədək uzadıb
1 dəq oxu

Fransanın “Strasbur” klubu yarımmüdafiəçisi Samir Əl Murabətlə yeni müqavilə imzalayıb. Yeni sözləşmə 2031-ci ilin yayına qədər qüvvədə olacaq.

Operativ Media xəbər verir ki, 21 yaşlı mərakeşli futbolçu 2025-ci ilin iyulundan Fransa təmsilçisinin formasını geyinir.

Əl Murabət 2025/2026 mövsümündə bütün turnirlərdə keçirdiyi 48 oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə edib. O, cari mövsümdə isə 6 qarşılaşmada meydana çıxsa da, hələlik məhsuldar göstərici ilə yadda qalmayıb.

Transfermarkt portalı Mərakeş millisinin üzvünün bazar dəyərini 22 milyon avro qiymətləndirir.

“Strasbur” Fransa çempionatında 8 turdan sonra 7 xalla turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Əlaqəli Xəbərlər