Menyu

Serbiyada təkrar səsvermə noyabrın 1-də keçiriləcək

Şəfa Hüseynli
Serbiyada təkrar səsvermə noyabrın 1-də keçiriləcək
1 dəq oxu

Serbiyada 25 oktyabrda keçirilən növbədənkənar parlament seçkiləri çərçivəsində noyabrın 1-də 53 seçki məntəqəsində təkrar səsvermə keçiriləcək.

Operativ Media xəbər verir ki, bu barədə Serbiya Respublika Seçki Komissiyası (RSEK) məlumat yayıb.

Məlumata görə, səsvermənin nəticələrinin müəyyən edilə bilmədiyi seçki məntəqələrində təkrar səsvermə təyin edilib. Buna görə də, bu seçki məntəqələrində nəticələr ləğv edilib.

Hazırda seçki komissiyası seçki məntəqələrinin təxminən 99%-dən gələn bülletenləri emal edib.

Qeyd edilib ki, təkrar səsvermə ümumi seçki nəticələrinə təsir etməyəcək, lakin nəticələrin yekun hesablanmasını və yeni hökumətin formalaşdırılmasını bir qədər gecikdirə bilər.

Əlaqəli Xəbərlər