Menyu

Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlanılıb, 3 nəfər məsuliyyətə cəlb olunub

Operativ Media
Bakıda məktəbdə insidentlə bağlı cinayət işi başlanılıb, 3 nəfər məsuliyyətə cəlb olunub
1 dəq oxu

Yasamal rayonunda yerləşən orta məktəbdə “Real Təhlil və İnformasiya Mərkəzi”nin əməkdaşlarına qarşı törədilən xuliqanlıq əməlləri ilə bağlı cinayət işi başlanılıb.

Operativ Media xəbər verir ki, bu barədə DİN Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hadisəni törətmiş 3 nəfər şəxs müəyyən edilərək Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə məsuliyyətə cəlb olunub.

Hadisənin tam, hərtərəfli və obyektiv araşdırılması, münaqişə iştirakçılarının hərəkətlərinə hüquqi qiymət verilməsi istiqamətində tərəfindən zəruri istintaq tədbirləri davam etdirilir.

Əlaqəli Xəbərlər