Menyu

Təkdırnaqlı heyvanlar arasında epizootoloji monitorinqlər keçiriləcək

Operativ Media
Təkdırnaqlı heyvanlar arasında epizootoloji monitorinqlər keçiriləcək
1 dəq oxu

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aidiyyəti qurumların mütəxəssislərinin iştirakı ilə Bakı şəhəri və Abşeron rayonunda təkdırnaqlı heyvanlar arasında 16–20 noyabr tarixlərində epizootoloji monitorinq keçiriləcək.

Bu barədə Operativ Media-ya AQTA-dan məlumat verilib.

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının beynəlxalq tələbləri nəzərə alınmaqla təşkil olunan tədbirlərin keçirilməsində əsas məqsəd epizootoloji nəzarətdə olan atçılıq təsərrüfatlarının formalaşdırılması, biotəhlükəsizliyin gücləndirilməsi və atların sağlamlığına davamlı nəzarətin təmin edilməsidir. Bu tədbirlər idman və seleksiya məqsədli atların qlobal ticarətini, beynəlxalq hərəkətini və xarici yarışlarda iştirak imkanlarını genişləndirməyə, həmçinin ölkəmizdə dünya səviyyəli turnirlərin təşkilinə xidmət edir.

Monitorinq zamanı beynəlxalq ekspertlər tərəfindən müəyyən edilmiş inzibati ərazilərdə yerləşən atçılıq təsərrüfatlarında və fərdi qaydada saxlanılan təkdırnaqlı heyvanlar arasında Yapon ensefaliti, atların Afrika taun xəstəliyi, virus arteriti, infeksion anemiyası və digər xəstəliklər üzrə klinik müayinələr aparılacaq. Götürülmüş diaqnostik nümunələr Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasına təqdim ediləcək. Eyni zamanda, təsərrüfatların baytarlıq-sanitariya vəziyyəti qiymətləndiriləcək, heyvan sahibləri arasında maarifləndirmə işləri aparılacaq. Toplanmış epizootoloji məlumatlar “Epicollect 5” rəqəmsal platforma vasitəsilə təhlil edilərək növbəti tədbirlər planlaşdırılacaqdır.

Əlaqəli Xəbərlər