Menyu

Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib

Operativ Media
Qurban Qurbanov Uşaq Klinikasını ziyarət edib
1 dəq oxu

“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov, futbolçular Bəhlul Mustafazadə və Musa Qurbanlı Milli Onkologiya Mərkəzinin Uşaq Klinikasını ziyarət ediblər.

Operativ Media xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Görüş zamanı klub nümayəndələri uşaqlarla səmimi söhbət edib, onlara xoş arzularını çatdırıblar. Futbolçular uşaqlara “Qarabağ” FK-nın formalarını və toplarını hədiyyə ediblər.

Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimlinin də iştirak etdiyi ziyarət Gənclər və İdman Nazirliyi ilə “Qarabağ” futbol klubunun birgə təşkilatçılığı ilə baş tutub

Fotogalereya

Əlaqəli Xəbərlər