Menyu

Lionel Messi sabiq komandasına qayıda bilər

Operativ Media
Lionel Messi sabiq komandasına qayıda bilər
1 dəq oxu

“İnter Mayami”nin hücumçusu Lionel Messi 2027-ci ilin yanvarında Argentinanın “Nyuells Old Boyz” klubuna qayıda bilər.

Operativ Media xəbər verir ki, jurnalist Qonsalo Kalvidjioninin sosial şəbəkələrdə yaydığı məlumata görə, 39 yaşlı futbolçunun keçmiş klubuna qayıtmaq ehtimalı əvvəlki dövrlərlə müqayisədə daha ciddi şəkildə nəzərdən keçirilir.

Jurnalist Messinin “Nyuells Old Boyz”a keçidinə indiyədək heç vaxt bu qədər yaxın olmadığını və transferin 2027-ci ilin yanvarında reallaşa biləcəyini bildirib. Bununla belə, tərəflər arasında hələlik konkret razılaşma yoxdur. Argentinalı futbolçu da mümkün transferlə bağlı açıqlama verməyib.

2026-cı ilin fevralında “Nyuells Old Boyz”un vitse-prezidenti Xuan Manuel Medina klubun Messini 2027-ci ilin ilk yarısında komandaya cəlb etmək üçün çalışdığını açıqlamışdı. Onun sözlərinə görə, bu məsələ ilə bağlı futbolçunun ətrafı ilə artıq müzakirələr aparılıb.

Messi 2000-ci ildə “Barselona”ya keçənədək “Nyuells Old Boyz”un aşağı yaş qruplarında çıxış edib.

O, 2026/2027 mövsümündə “İnter Mayami”nin heyətində 34 oyunda 29 qol vurub və 15 məhsuldar ötürmə edib. Futbolçunun ABŞ klubu ilə müqaviləsi 2028-ci ilin sonunadək qüvvədədir.

Əlaqəli Xəbərlər