Menyu

Bakıda cüdo üzrə kəmər dərəcələri imtahanı keçiriləcək

Operativ Media
Bakıda cüdo üzrə kəmər dərəcələri imtahanı keçiriləcək
1 dəq oxu

Noyabrın 5–6-da Bakıda cüdo üzrə kəmər dərəcələri üzrə rəsmi imtahan təşkil olunacaq.

Bu barədə Operativ Media-ya ACF-dən bildirilib.

İmtahan Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Abşeron Olimpiya İdman Kompleksində keçiriləcək.

Tədbirdə 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hər kəs iştirak edə bilər. Kəmər seçimi idmançıların yaşına uyğun müəyyənləşdiriləcək.

İmtahanı uğurla başa vuran namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim olunacaq.

Qeyd edək ki, bu ildən etibarən kəmər dərəcəsi olmayan idmançıların yarışlarda iştirakına icazə verilməyəcək. İmtahanda iştirak ödənişlidir. Qeydiyyat üçün idmançılar təmsil etdikləri idman təşkilatına və ya birbaşa ACF-yə müraciət edə bilərlər.

Əlaqəli Xəbərlər