Menyu

“Xocəsən” və “Avtovağzal” stansiyalarından istifadə edənlərin sayı artıb

Operativ Media
“Xocəsən” və “Avtovağzal” stansiyalarından istifadə edənlərin sayı artıb
1 dəq oxu

Oktyabr ayında sərnişinlər metro ilə 16 milyondan çox səfər ediblər.

Operativ Media xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat yayıb.

Ötən ay girişin ödənişsiz olduğu “Xocəsən” və “Avtovağzal” stansiyalarından ay ərzində ümumilikdə 556 424 sərnişin istifadə edib.

Bu, sentyabr ayı ilə müqayisədə 64% çoxdur.

Məlumata görə, oktyabr ayında ən çox sərnişin qəbul edən stansiya “Koroğlu” olub. Bu stansiyadan ay ərzində 1 683 032 sərnişin istifadə edib.

Ayın ən çox sərnişindaşınan günü isə oktyabrın 20-si olub. Həmin gün metrodan 641 442 sərnişin istifadə edib.

Ötən ay NFC və QR bilet vasitəsilə ümumilikdə 8 879 685 ödəniş həyata keçirilib. Rəqəmsal ödənişlərin sayı sentyabr ayı ilə müqayisədə 15,9% artıb. Bundan başqa, oktyabr ayında gediş haqqının NFC vasitəsilə ödənilməsi bütün ödənişli sərnişinlərin 43,3%-ni təşkil edib.

Qeyd edək ki, ay ərzində “Əlçatan metro” xidmətindən 113 sərnişin yararlanıb.

Əlaqəli Xəbərlər