Menyu

Paşinyan: Ermənistan Aİ-yə üzvlük üçün müraciət edə bilər

Operativ Media
Paşinyan: Ermənistan Aİ-yə üzvlük üçün müraciət edə bilər
1 dəq oxu

Ermənistan gələn il Avropa İttifaqına (Aİ) üzv olmaq üçün rəsmi müraciət edə bilər.

Operativ Media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldə “Euronews” telekanalının təşkil etdiyi “Avropanın gələcəyi” sammitində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, son vaxtlar Brüsseldən Aİ-nin genişlənməsi ilə bağlı müsbət siqnallar gəlir. Paşinyan hesab edir ki, hazırda həm Avropa İttifaqında, həm də Ermənistanda bu istiqamətdə irəliləmək üçün siyasi iradə mövcuddur.

Baş nazir qeyd edib ki, Ermənistan Aİ-yə üzvlüklə bağlı rəsmi müraciəti yaxın illərdə edə bilər. O, bunun gələn il, yaxud 2028-ci ildə mümkün olduğunu deyib.

Paşinyan əlavə edib ki, hazırda Ermənistanın əsas diqqəti Avropa İttifaqı ilə viza rejiminin liberallaşdırılması üzrə dialoqa yönəlib. Onun sözlərinə görə, İrəvan 2029-cu ilə qədər bu prosesdə irəliləyiş əldə etməyi hədəfləyir.

Baş nazir bunu Ermənistanla Avropa İttifaqı arasında münasibətlərin inkişafında mühüm mərhələ kimi qiymətləndirib.

Əlaqəli Xəbərlər