Menyu

Qrenlandiya ABŞ-lə üçtərəfli təhlükəsizlik sazişini təsdiqləyib

Operativ Media
Qrenlandiya ABŞ-lə üçtərəfli təhlükəsizlik sazişini təsdiqləyib
1 dəq oxu

Qrenlandiya parlamenti ABŞ, Danimarka və Qrenlandiya arasında imzalanmış üçtərəfli təhlükəsizlik sazişini təsdiqləyib.

Operativ Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Saziş ABŞ-nin Qrenlandiyadakı hərbi mövcudluğunu genişləndirməsinə, o cümlədən adada iki yeni hərbi baza yaratmasına imkan verir.

Sənəddə Danimarkanın suverenliyi və Qrenlandiya xalqının öz müqəddəratını təyin etmək hüququ da tanınır.

Sazişin qüvvəyə minməsi üçün Danimarka parlamentinin də təsdiqi tələb olunur.

Əlaqəli Xəbərlər