Everest yaxınlığında helikopterlər toqquşub
Nepalda Everest dağı yaxınlığında turistləri daşıyan iki helikopterin toqquşması nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.
Operativ Media xəbər verir ki, bu barədə "Associated Press" yerli rəsmilərə istinadən məlumat yayıb.
Hadisə helikopterlərin 4 200 metr yüksəklikdə yerləşən Feriche kəndi yaxınlığında toqquşması nəticəsində baş verib.
Qəza zamanı Hindistan vətəndaşı olan 47 yaşlı turist həyatını itirib.
Yeni Zelandiyadan olan turist xəsarətlərlə Katmandu şəhərindəki xəstəxanaya çatdırılıb. Nepal vətəndaşı olan pilot da xəsarət alıb, ona hadisə yerində tibbi yardım göstərilib.
Helikopterlərdə ümumilikdə neçə nəfərin olduğu hələlik məlum deyil. Onların 5 300 metr yüksəklikdə yerləşən Everest baza düşərgəsinə aparılması nəzərdə tutulub.