Menyu

Qazaxıstan Milli Bankı 2027-ci il üzrə inflyasiya proqnozunu artırıb

Nicat Hüseynli
Qazaxıstan Milli Bankı 2027-ci il üzrə inflyasiya proqnozunu artırıb
1 dəq oxu

Qazaxıstan Milli Bankı 2027-ci il üçün inflyasiya proqnozunu 5,5–7,5 faizdən 6,5–8,5 faizə yüksəldib.

Operativ Media xəbər verir ki, bu barədə Milli Bankın sədr müavini Aqıljan Baimaqambetov məlumat yayıb .

Onun sözlərinə görə, proqnozun artırılmasına minimum əməkhaqqının yüksəldilməsi və ümummilli tikinti proqramının inflyasiyaya mümkün təsiri səbəb olub. Bank 2028-ci ildə inflyasiyanın 3–4 faizə enəcəyini gözləyir.

Əlaqəli Xəbərlər