Menyu

Milli Məclisdə turizm ixtisasları üzrə ali təhsil müddətinin 3 ilə endirilməsi təklif olunub

Operativ Media
Milli Məclisdə turizm ixtisasları üzrə ali təhsil müddətinin 3 ilə endirilməsi təklif olunub
1 dəq oxu

Turizm sahəsi üzrə ali təhsil müəssisələrində təhsil müddətinin 4 ildən 3 ilə endirilməsi təklif olunur.

Operativ Media xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Göydəniz Qəhrəmanov parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, ölkədə turizm sektorunun sürətlə genişlənməsi və turistlərin sayının ildən-ilə artması bu sahədə ixtisaslı kadrlara tələbatı artırır.

Onun sözlərinə görə, təhsil müddətinin azaldılması gənclərin əmək bazarına daha tez inteqrasiya olunmasına və xidmət sektorunun ixtisaslı kadrlarla operativ təmin edilməsinə imkan yaradacaq.

G.Qəhrəmanov çıxışında paytaxtın Yasamal rayonunda ictimai nəqliyyatın genişləndirilməsi məsələsinə də toxunub.

O qeyd edib ki, ali təhsil müəssisələrinin əksəriyyətinin “Elmlər Akademiyası” metro stansiyası ətrafında yerləşməsi dərs saatlarında ərazidə ciddi sərnişin sıxlığına səbəb olur.

Deputat bu səbəbdən ərazidə avtobus marşrutlarının artırılmasına və ictimai nəqliyyat şəbəkəsinin genişləndirilməsi istiqamətində müvafiq tədbirlərin görülməsinə ehtiyac olduğunu bildirib.

Əlaqəli Xəbərlər