Menyu

Pakistanda 796 Əfqanıstan vətəndaşı həbs edilib

Operativ Media
Pakistanda 796 Əfqanıstan vətəndaşı həbs edilib
1 dəq oxu

Pakistan hüquq-mühafizə orqanları noyabrın ilk həftəsində Bəlucistan, Xayber Paxtunxva, Pəncab əyalətlərində və İslamabad paytaxt ərazisində sənədsiz əcnəbilərin repatriasiyası proqramı çərçivəsində 796 əfqan qaçqını həbs edib.

Operativ Media xəbər verir ki, bu barədə " Dawn" qəzeti Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığına və Beynəlxalq Miqrasiya Təşkilatına istinadən məlumat yayıb.

Məlumata görə, onların 99%-nin sənədi olmayıb.

Nəşrin məlumatına görə, Pakistan hökumətinin repatriasiya proqramını başlatdığı 15 sentyabr 2023-cü ildən bu ilin 7 noyabrına qədər Cənubi Asiya ölkəsindən Əfqanıstana ümumilikdə 2.758.958 nəfər qayıdıb.

Əlaqəli Xəbərlər