Menyu

Samuxda yol qəzası ölümə səbəb olub

Operativ Media
Samuxda yol qəzası ölümə səbəb olub
1 dəq oxu

Samuxda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.

Operativ Media xəbər verir ki, hadisə rayonun "Kür yolu" adlanan ərazisində qeydə alınıb.

Belə ki, "Chevrolet Niva" markalı nəqliyyat vasitəsinin idarəetmədən çıxaraq aşması nəticəsində Daşkəsən rayon sakini, 1994-cü il təvəllüdlü Aslanov İlyas İlham oğlu hadisə yerində ölüb

1981-ci il təvəllüdlü Məmmədov Əziz Kamran oğlu isə xəsarət alıb.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma başlanılıb.

Əlaqəli Xəbərlər