Menyu

Zelenski Qərbdən daha 40 F-16 qırıcısı və 8 milyard avro istəyib

Operativ Media
Zelenski Qərbdən daha 40 F-16 qırıcısı və 8 milyard avro istəyib
1 dəq oxu

Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin hərbi ehtiyaclarının qarşılanması üçün Qərb tərəfdaşlarından əlavə 40 F-16 qırıcı təyyarəsi və 8 milyard avro maliyyə dəstəyi istəyib.

Operativ Media xəbər verir ki, Zelenski bu barədə Brüsseldə NATO-nun mənzil-qərargahında keçirilən Ukraynaya silah tədarükü üzrə təmas qrupunun “Ramştayn” formatlı iclasında videokonfrans vasitəsilə çıxışı zamanı danışıb.

“Bizə daha çox qırıcı təyyarə, daha çox F-16 lazımdır. Ukraynanın daha 40 F-16-ya ehtiyacı var”, – deyə o bildirib.

Ukrayna lideri əlavə edib ki, ölkənin hərbi büdcəsindəki kəsiri qarşılamaq üçün bu il daha 8 milyard avroya ehtiyac var.

Zelenski, həmçinin tərəfdaşlarından “Patriot” və IRIS-T hava hücumundan müdafiə sistemləri üçün raketlərin tədarükünü istəyib.

Əlaqəli Xəbərlər