Menyu

Samuxda avtomobil dərəyə yuvarlanıb, sürücü ölüb

Operativ Media
Samuxda avtomobil dərəyə yuvarlanıb, sürücü ölüb
1 dəq oxu

Noyabrın 17-si saat 19:00 radələrində Samux rayonunun Qədili kəndində, mürəkkəb relyefə malik ərazidən keçən yolda “Chevrolet Niva” markalı avtomobillə hərəkətdə olan İlyas Aslanov sürət həddini nəzərə almadan sərt döngəyə daxil olarkən idarəetməni itirib.

BDYPİ-dən Operativ Media-ya verilən məlumata görə, yoldan çıxaraq dərəyə yuvarlanan avtomobilin sürücüsü hadisə yerində həyatını itirib, sərnişini Əziz Məmmədov isə ağır xəsarətlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd olunub ki, hadisəsinin ağırlıq dərəcəsinə təsir göstərən amillərdən biri də sürücü və sərnişinin təhlükəsizlik kəmərini bağlamadıqları üçün dərəyə yuvarlanarkən, eləcə də zərbənin təsirindən avtomobildən kənara atılarkən aldıqları xəsarətlər hesab edilir.

Baş Dövlət Yol Polisi İdarəsi yüksək sürətin ağır faciələrə səbəb olduğunu bir daha xatırladır, bununla yanaşı sürücüləri yol və hava şəraitini daim nəzərə almağa, təhlükəsizlik kəmərini bağlamağa və sərnişinlərin də bu həyat əhəmiyyətli qaydaya qeyd-şərtsiz əməl etmələrinə nail olmağa çağırır.

Əlaqəli Xəbərlər