Menyu

Azərbaycan və Gürcüstan arasında regional iqtisadi təşəbbüslər müzakirə edilib

Operativ Media
Azərbaycan və Gürcüstan arasında regional iqtisadi təşəbbüslər müzakirə edilib
1 dəq oxu

İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizdə səfərdə olan Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Mikayıl Cabbarov öz "X" sosial media hesabında paylaşım edib.

Görüşdə Azərbaycan - Gürcüstan iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi,  sənaye, enerji və nəqliyyat-logistika sahələrində əməkdaşlıq imkanları müzakirə edilib.

Ortaq iqtisadi maraqların reallaşdırılması və regional təşəbbüslərin irəlilədilməsi üçün birgə fəaliyyətin əhəmiyyəti vurğulanıb.

Əlaqəli Xəbərlər