Menyu

Fransada etirazlarla əlaqədar 7000-dən çox insan saxlanılıb

Operativ Media
Fransada etirazlarla əlaqədar 7000-dən çox insan saxlanılıb
1 dəq oxu

Fransa polisi oktyabrın 17-də qiymət artımına qarşı keçirilən nümayişlər fonunda baş verən iğtişaşlardan sonra ümumilikdə 7000-dən çox insanı saxlayıb.

Operativ Media xəbər verir ki, bu barədə Fransanın ədliyyə naziri Jerald Darmanen məlumat verib.

“Aksiyaların başladığı gündən bəri ümumilikdə 7184 nəfər saxlanılıb. Onlardan 4 523-ü yetkinlik yaşına çatmış, 2 661-i isə yetkinlik yaşına çatmamış şəxslərdir”, - nazir bildirib.

Darmanen qeyd edib ki, hadisələrlə bağlı aparılan araşdırmalar çərçivəsində 3000-dən çox cinayət işi açılıb, onlardan 2300-ü məhkəməyə göndərilib.

Əlaqəli Xəbərlər