Menyu

Ceyhun Bayramov: Kiminsə müxalifət nümayəndəsi olması onu böyük məsuliyyətdən azad etmir

Redaksiya
Ceyhun Bayramov: Kiminsə müxalifət nümayəndəsi olması onu böyük məsuliyyətdən azad etmir
1 dəq oxu

Kiminsə müxalifət nümayəndəsi olması onu böyük məsuliyyətdən azad etmir.

Operativ Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın xarici işlər naziri Yohann Vadeful ilə mətbuata açıqlamasında bildirib.

"Onunla bağlı hal-hazırda istintaq gedir, araşdırmalar həyata keçirilir və hər bir hüquqi dövlətdə olduğu kimi hər bir şəxs öz etdiyi əməllərə görə qanun qarşısında bərabərdir, qanun qarşısında cavab verməlidir. Və hal-hazırda gedən hüquqi araşdırma Azərbaycan qanunvericiliyinə tam uyğun bir şəkildə həyata keçirilir və nəticədə məhkəmənin yekun qərarı nədən ibarət olacaqsa, o da hesab edirəm ki, bütün suallara cavab verəcək. Bir daha onu qeyd etmək istərəm ki, kiminsə müxalifət nümayəndəsi olması onu böyük məsuliyyətdən azad etmir. Mən düşünürəm ki, bu nəinki Azərbaycanda, o cümlədən Almaniyada və istənilən digər dövlətdə də eyni qaydadır", - deyə nazir qeyd edib.

Əlaqəli Xəbərlər