Menyu

Xuan Mata karyerasını başa vurub

Operativ Media
Xuan Mata karyerasını başa vurub
1 dəq oxu

İspaniya millisinin sabiq yarımmüdafiəçisi Xuan Mata 38 yaşında futbolçu karyerasını başa vurduğunu açıqlayıb.

Operativ Media xəbər verir ki, bu barədə ispaniyalı futbolçu rəsmi “İnstagram” səhifəsində məlumat yayıb.

Mata son iki mövsümü Avstraliyada keçirib. O, əvvəlcə “Vestern Sidney Uonderers”, daha sonra isə “Melburn Viktori” komandalarının formasını geyinib.

İspaniya millisinin heyətində 2010-cu ildə dünya, 2012-ci ildə isə Avropa çempionu olan futbolçu ölkəsinin qızıl nəslinin üzvlərindən biri olub.

Klub karyerası ərzində “Real Madrid Kastilya”, “Valensiya”, “Çelsi”, “Mançester Yunayted”, “Qalatasaray” və “Vissel Kobe” komandalarında da çıxış edən Mata bir sıra titullara sahib olub.

Əlaqəli Xəbərlər