Menyu

Azərbaycan və BP enerji layihələrinin inkişafını müzakirə edib

Operativ Media
Azərbaycan və BP enerji layihələrinin inkişafını müzakirə edib
1 dəq oxu

Energetika naziri Pərviz Şahbazov BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Pərviz Şahbazov özünün “X” sosial media hesabında paylaşım edib.

Görüşdə Azərbaycan, Gürcüstan və Türkiyədə enerji layihələrinin inkişafı, Əsrin Müqaviləsinin (AÇG) dərin qaz ehtiyatlarının işlənilməsi, “Şahdəniz” və “Qarabağ” layihələrinin inkişafı müzakirə olunub.

Həmçinin BP-nin enerji infrastrukturu və bərpaolunan enerji sahəsində əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Əlaqəli Xəbərlər