Menyu

Azərbaycanda çips aksizli malların siyahısına daxil edilir

Operativ Media
Azərbaycanda çips aksizli malların siyahısına daxil edilir
1 dəq oxu

Azərbaycanda çipsin aksizli malların siyahısına daxil edilməsi nəzərdə tutulur.

Operativ Media xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Vergi Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, çipsin aksizli malların dairəsinə daxil edilməsi və yerli istehsalda hər kiloqrama görə 1 manat məbləğində aksiz vergisinin tətbiqi təklif olunur.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Əlaqəli Xəbərlər