“Arsenal” və “Liverpul” Nusa uğrunda mübarizə aparır
“Leyptsiq”in hücumçusu Antonio Nusa karyerasını “Arsenal”da davam etdirməyə müsbət yanaşır.
Operativ Media "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, Almaniya klubu 21 yaşlı norveçli futbolçunun transfer hüquqlarını 80 milyon avro dəyərləndirir. “Liverpul” isə onun transferi üçün 75 milyon avro təklif etməyə hazırdır.
Məlumata əsasən, “Arsenal” artıq Nusanın nümayəndələri ilə danışıqlar aparıb. Futbolçunun özü də gələcəyini London klubu ilə bağlamağa müsbət yanaşır və “Arsenal”ı son illərdəki uğurlarından sonra cəlbedici layihə hesab edir.
Nusanın transferi “Arsenal”ın baş məşqçisi Mikel Artetanın və idman direktoru Andrea Bertanın hücum xəttini gücləndirmək planlarına uyğun gəlir.
London təmsilçisinin yaxın həftələrdə “Leyptsiq”lə danışıqları intensivləşdirəcəyi gözlənilir. Bununla belə, “Liverpul”un da futbolçuya maraq göstərməsi transfer prosesini çətinləşdirə bilər.
Qeyd edək ki, Nusa 2026/2027 mövsümündə bütün turnirlərdə 16 oyuna çıxıb, 7 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun “Leyptsiq”lə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.
Transfermarkt portalı norveçli futbolçunun bazar dəyərini 45 milyon avro qiymətləndirir.