Ərdoğan: COP31 bir milyondan çox ziyarətçi ilə tarixə düşüb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan COP31-in təşkilatçılıq və tətbiqetmə baxımından yüksək qiymətləndirildiyini bildirib.
Operativ Media xəbər verir ki, o, bu barədə Nazirlər Kabinetinin iclasında danışıb.
Ərdoğan qeyd edib ki, konfrans bir milyondan çox ziyarətçinin iştirakı ilə ən geniş iştirakçı kütləsinə malik COP sammiti kimi tarixə düşüb.
Türkiyə liderinin sözlərinə görə, Antalyada mürəkkəb mövzuları əhatə edən 46 qərar yekdilliklə qəbul edilib. O, yekun qərarla bağlı razılığın daha konstruktiv şəraitdə əldə edilməsinin arzuolunan olduğunu vurğulasa da, konfransın növbəti danışıqlar üçün dəyərli zəmin yaratdığını bildirib.
Ərdoğan həmçinin noyabrın 11-12-də keçirilən Liderlər Sammitində 95 ölkə və 7 beynəlxalq təşkilatdan ümumilikdə 102 liderin, eləcə də 300-dən çox nazirin iştirak etdiyini diqqətə çatdırıb.
O, sammitin beynəlxalq səviyyədə geniş əks-səda doğurduğunu qeyd edib.