Menyu

Bakıya gələcək “Barselona” azarkeşlərinin sayı açıqlanıb

Operativ Media
Bakıya gələcək “Barselona” azarkeşlərinin sayı açıqlanıb
1 dəq oxu

“Barselona”nın UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Sabah”la Bakıda keçirəcəyi oyunda 474 azarkeş komandanı tribunadan dəstəkləyəcək.

Operativ Media xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Kataloniya klubunun Azərbaycana səfərində 268 üzv və 41 müxtəlif azarkeş qrupundan 206 nəfər iştirak edəcək.

Bu, “Barselona”nın Azərbaycanda rəsmi turnir çərçivəsində keçirəcəyi ilk oyun olacaq. Qarşılaşma UEFA Çempionlar Liqasının Liqa mərhələsində baş tutacaq.

Azarkeşlər Bakı Olimpiya Stadionunun tribunalarında komandanın rənglərini nümayiş etdirəcəklər.

“Barselona”nın Bakıdakı yerli azarkeş qrupu — “Peña Barcelonista Bakú” səfər edən fanatlara ev sahibliyi edəcək. 2017-ci ildə rəsmi status alan qrupun 400-dən çox qeydiyyatdan keçmiş üzvü var və Qafqazda klubun yeganə azarkeş qrupudur.

Əlaqəli Xəbərlər