Menyu

Əraqçi: İran danışıqlara açıqdır, təzyiqlərə müqavimət göstərəcək

Nicat Hüseynli
Əraqçi: İran danışıqlara açıqdır, təzyiqlərə müqavimət göstərəcək
1 dəq oxu

İran sanksiyaların ləğvi üçün danışıqlar və siyasi həll yolunu açıq saxlayır, eyni zamanda ABŞ və İsraildən gələn təzyiqlərə qarşı müqavimət imkanlarını gücləndirir.

Operativ Media xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi Xarici İşlər Nazirliyinin vilayət rəhbərlərinin seminarının bağlanış mərasimində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, İran son iki ildə iki müharibə, ciddi iqtisadi təzyiqlər və təhlükəsizlik problemləri ilə üzləşib.

Əraqçi vurğulayıb ki, Xarici İşlər Nazirliyi diplomatik yollarla sanksiyaların aradan qaldırılmasına çalışmaqla yanaşı, ölkənin xarici təzyiqlərə qarşı müqavimət qabiliyyətinin artırılmasına da töhfə verməlidir.

Əlaqəli Xəbərlər