“Çelsi” Alonsoya vəziyyəti düzəltmək üçün vaxt verəcək
“Çelsi” rəhbərliyi komandanın baş məşqçisi Xabi Alonsoya etimadını davam etdirir və ispaniyalı mütəxəssisə vəziyyəti düzəltmək üçün vaxt vermək niyyətindədir.
Operativ Media xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Məlumata görə, “Çelsi”nin sahibi olan “Clearlake” investisiya qrupunun nümayəndələri və klubun futbol departamentinin rəhbərliyi 44 yaşlı məşqçinin komandadakı işini davam etdirməsini dəstəkləyir. Onlar Alonsonun təcrübəli, çalışqan və yaranmış vəziyyəti dəyişmək iqtidarında olan mütəxəssis olduğunu düşünürlər.
London klubu mövsümün ortasında baş məşqçi dəyişikliyinə getmək istəmir. Rəhbərlik hesab edir ki, əvvəlki illərdə belə qərarlar komandanın inkişafına mənfi təsir göstərib. Alonsonun qarşıdakı oyunlarda əsas diqqəti müdafiənin gücləndirilməsinə yönəltməsi gözlənilir.
Klubun futbol departamentində də müəyyən dəyişikliklərin baş verə biləcəyi bildirilir. Məsləhətçi vəzifəsində çalışan Deyv Fellousun yaxın zamanda başqa klubda daimi işə keçəcəyi gözlənilir. Oyunçulara dəstək üzrə məsul şəxs Uilli Ayzinin komandadakı atmosferə təsiri də müzakirə mövzusudur.
“Çelsi” İngiltərə Premyer Liqasında 11 turdan sonra 16 xalla 8-ci sırada qərarlaşır. Xabi Alonso 2026-cı ilin iyulundan komandaya rəhbərlik edir. Onun klubla müqaviləsi 2030-cu il iyunun 30-dək qüvvədədir.