Menyu

Tramp ölüm hökmlərinin daha sürətli icrasını tələb edib

Operativ Media
Tramp ölüm hökmlərinin daha sürətli icrasını tələb edib
1 dəq oxu

ABŞ Prezidenti Donald Tramp federal məhkəmələr tərəfindən çıxarılan ölüm hökmlərinin icrasının sürətləndirilməsi barədə göstəriş verib.

Operativ Media xəbər verir ki, Tramp bu barədə ABŞ Ədliyyə Nazirliyində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, baş prokuror federal səviyyədə ölüm cəzalarının icrasını sürətləndirməlidir. Tramp qeyd edib ki, münsiflər heyəti belə qərar qəbul etdikdən sonra ölüm hökmü qısa müddətdə və qaçılmaz şəkildə icra olunmalıdır.

ABŞ Prezidenti həmçinin yetkinlik yaşına çatmayan şəxslərin qətlində və zorlanmasında təqsirli bilinənlərə, eləcə də qurbanlarını öldürən insan alverçilərinə qarşı ölüm cəzasının tətbiq edilməsini tələb edib.

Tramp Kaliforniya qubernatoru Qevin Nyusomu da tənqid edib. Nyusom bu ay ştatda ölüm hökmünə məhkum edilmiş bütün şəxslərin cəzalarını ömürlük həbsə çevirmək barədə qərar qəbul edib. Bu qərar 560-dan çox məhkumun cəzasına təsir edib.

2028-ci ildə keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasının mümkün namizədlərindən biri hesab olunan Nyusom yanvar ayında prezidentliyə namizədliyini irəli sürüb-sürməyəcəyinə qərar verəcəyini bildirib. O, ölüm hökmünə qarşı mövqeyi ilə tanınır.

Tramp 2025-ci ilin yanvarında vəzifəyə başladıqdan sonra federal səviyyədə ölüm cəzasının bərpası ilə bağlı sərəncam imzalayıb. Bununla da federal məhkəmələrin çıxardığı ölüm hökmlərinin icrasına tətbiq edilən moratorium ləğv olunub.

Əlaqəli Xəbərlər