Menyu

Qarabağ Universiteti: Tələbənin qovulması iddiası yalandır

Operativ Media
Qarabağ Universiteti: Tələbənin qovulması iddiası yalandır
1 dəq oxu

Qarabağ Universitetndən heç bir tələbə qovulmayıb.

Operativ Media xəbər verir ki, bu barədə ali təhsil müəssisəsinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, tələbələr arasında mübahisə Qarabağ Universitetindən kənarda baş verib:

"Hadisəyə hüquq-mühafizə orqanları tərəfindən müvafiq hüquqi qiymət verilib və məsələ ilə əlaqədar heç bir tələbə universitetindən qovulmayıb".

Qeyd edək ki, bəzi media subyektlərində Qarabağ Universitetinin iki tələbəsi arasında qısqanclıq zəminində dava baş verdiyi və onların hər ikisinin ali təhsil müəssisəsindən qovulduğu barədə məlumat yayılmışdı.

Əlaqəli Xəbərlər