Tramp Si Cinpinlə “Nvidia” və Censen Huanq barədə danışıb
ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə “Nvidia” şirkətinin fəaliyyəti və onun baş direktoru Censen Huanqla bağlı məsələləri ətraflı müzakirə etdiyini bildirib.
Operativ Media xəbər verir ki, Tramp bu barədə CNBC-yə müsahibəsində danışıb.
O, Si Cinpinin Censen Huanqı tanımamasına təəccübləndiyini qeyd edib və şirkət rəhbərinin yüksək intellektə malik olduğunu vurğulayıb.
“Çin lideri ilə Censen barədə ətraflı müzakirə apardım. O, həqiqətən Censeni tanımır. Buna təəccübləndim. O, həqiqətən çox ağıllıdır və bu, ölkə üçün vacibdir. Biz ağıllı insanları sevirik”, – deyə Tramp bildirib.
Qeyd edək ki, Censen Huanq “Nvidia” şirkətinin baş icraçı direktoru vəzifəsinə yenidən qayıdıb. O, noyabrın 12-də istefa vermişdi.
Bundan əvvəl ABŞ-nin maliyyə naziri Skott Bessent Vaşinqton administrasiyasının “Nvidia” rəhbərliyindən şirkətin ən yeni məhsulları ilə bağlı məlumatların Çinə ötürülməsi ehtimalına dair təcili izahat tələb etdiyini açıqlamışdı.
Çin Xarici İşlər Nazirliyi isə bir qadının Çin kəşfiyyatına işləməsi ilə bağlı iddiaları böhtan adlandırıb.