Menyu

“Tottenhem” 18 yaşlı futbolçu ilə müqaviləni uzadır

Operativ Media
“Tottenhem” 18 yaşlı futbolçu ilə müqaviləni uzadır
1 dəq oxu

"Tottenhem”in hücumçusu Luka Uilyams-Barnett klubla uzunmüddətli yeni müqavilə imzalamağa yaxındır.

Operativ Media xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb. Bildirilib ki, 18 yaşlı futbolçunun London klubunda qalmaq qərarı onunla maraqlanan “Çelsi” və Dortmund “Borussiya”sı üçün uğursuz nəticə olacaq.

Məlumata görə, digər klubların marağına baxmayaraq, ingiltərəli futbolçu “Tottenhem”də qalmağa qərar verib. Klub artıq onunla müqavilənin uzadılması üzrə danışıqlara başlayıb və tərəflər razılığa gəlməyə yaxındır.

“Tottenhem” akademiyasının yetirməsi 2026/2027 mövsümündə Roberto De Zerbinin rəhbərlik etdiyi əsas komandaya cəlb olunub. Onun hazırkı müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Rəqib klublar futbolçunun oyun vaxtının azlığından narazı ola biləcəyini düşünərək transfer imkanlarını nəzərdən keçirirdilər.

“Transfermarkt” portalı Luka Uilyams-Barnettin bazar dəyərini 4 milyon avro olaraq göstərir.

Əlaqəli Xəbərlər