Menyu

ABŞ İrana qarşı sanksiyaları genişləndirib

Operativ Media
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
1 dəq oxu

ABŞ İrana sanksiyalar siyahısını genişləndirərək səkkiz fiziki şəxsi və 22 şirkəti də ora daxil edib.

Operativ Media xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin qurumun saytında dərc edilmiş bildirişində qeyd olunub.

Sənədə əsasən, məhdudiyyətlərə məruz qalan bütün fiziki şəxslər İran vətəndaşlarıdır.

Onların arasında "Rahbar" və "Rahbar Bazargani Nesim Baharan Qeshm Company" şirkəti, eləcə də onun adından və ya maraqları naminə fəaliyyət göstərən vəzifəli şəxslər Vəliulla Hemməti, Seyid Məhəmməd Cəlali və Əli Kəlxor, "Mina Fashki and Partners Exchange Company", "Mellat Exchange Company" maliyyə şirkətləri, eləcə də onlarla əlaqəli olan Mina Fəşki, Fərzad Fəşki, Mahmud Əxlaqi, Pərviz Fəzlcü və Məhəmməd Hüseyn Abbasi, həmçinin İran Valyuta və Qızıl Mübadiləsi Mərkəzi, "Robust Trading LLC", "Integral Petro Energy Trading LLC", "Royah Altahabia Trading L.L.C", "Alam Al Sahra Building Materials Trading Co. L.L.C", "Berkeley Trading LLC" və "Nordic International Trading LLC" ticarət təşkilatları var.

Əlaqəli Xəbərlər