Menyu

Nigeriyada hava hücumları nəticəsində 37 terrorçu öldürülüb

Operativ Media
Nigeriyada hava hücumları nəticəsində 37 terrorçu öldürülüb
1 dəq oxu

Nigeriya Hərbi Hava Qüvvələrinin keçirdiyi hava əməliyyatları nəticəsində 37 terrorçu zərərsizləşdirilib.

Operativ Media xəbər verir ki, bu barədə “Premium Times” qəzeti məlumat yayıb.

Bildirilib ki, əməliyyat ölkənin şimal-şərqində yerləşən Borno əyalətində həyata keçirilib. Hava zərbələri nəticəsində ekstremist düşərgələri və əldəqayırma partlayıcı qurğuların saxlanıldığı anbarlar da məhv edilib. Əməliyyat dəqiq kəşfiyyat məlumatları əsasında planlaşdırılıb. Zərərsizləşdirilən şəxslərin “Boko Haram” terror qruplaşmasının üzvləri olduğu bildirilir.

Qeyd edək ki, “Boko Haram” Nigeriyanın şimal-şərqində əsas terror təhdidlərindən biri hesab olunur.

2009-cu ildə Borno əyalətinin paytaxtı Mayduquridə yaradılan qruplaşma ölkədə hakimiyyəti ələ keçirməyə çalışır və çoxsaylı terror hücumları həyata keçirib.

Əlaqəli Xəbərlər