Menyu

CAS Afrika Millətlər Kubokunun qalibi ilə bağlı qərarı açıqlayacaq

Operativ Media
CAS Afrika Millətlər Kubokunun qalibi ilə bağlı qərarı açıqlayacaq
1 dəq oxu

İdman Arbitraj Məhkəməsi (CAS) Afrika Millətlər Kuboku-2025-in qalibi ilə bağlı Senegal və Mərakeş arasında mübahisəyə noyabrın 24-də yekun qərar verəcək.

Operativ Media xəbər verir ki, bu barədə məhkəmənin rəsmi saytında məlumat verilib.

Qərarın günün ikinci yarısında açıqlanacağı bildirilib. CAS prosesin bütün tərəflərini məlumatlandırıb və hökmün rəsmi internet səhifəsində dərc olunacağını qeyd edib.

Xatırladaq ki, yanvarın 18-də Senegal finalda Mərakeşi 1:0 hesabı ilə məğlub edib. Oyunun ikinci hissəsinə əlavə olunmuş vaxtda hakim Jan-Jak Nqambo Ndala Mərakeşin lehinə penalti təyin edib. Buna etiraz olaraq Senegal futbolçuları meydanı tərk ediblər və qarşılaşma 17 dəqiqəlik dayandırılıb.

Matç bərpa olunduqdan sonra Brahim Dias penaltini dəqiq yerinə yetirə bilməyib. Əlavə vaxtda Pap Qeye Senegalın qələbə qolunu vurub.

Martın 17-də Afrika Futbol Konfederasiyasının (CAF) Apellyasiya Komitəsi Senegalın meydanı özbaşına tərk etməsinə görə komandaya 0:3 hesablı texniki məğlubiyyət verib. Bununla da Mərakeş turnirin qalibi elan olunub.

Senegal Futbol Federasiyası martın 25-də qərardan CAS-a şikayət edib. İş üzrə dinləmələr oktyabrın 8-də Lozannada keçirilib.

Əlaqəli Xəbərlər