Menyu

Pakistanın Baş naziri noyabrın 30-da Rusiyaya səfər edəcək

Operativ Media
Pakistanın Baş naziri noyabrın 30-da Rusiyaya səfər edəcək
1 dəq oxu

Pakistanın Baş naziri Şahbaz Şərif noyabrın 30-da Rusiyaya rəsmi səfər edəcək.

Operativ Media xəbər verir ki, bu barədə Pakistanın Moskvadakı səfiri Faysal Niyaz Tirmizi TASS-a müsahibəsində bildirib.

Diplomat səfərin mühüm tarixi məqamda baş tutacağını və böyük əhəmiyyət daşıyacağını vurğulayıb.

Onun sözlərinə görə, Şahbaz Şərifin Rusiyaya səfəri əvvəlcə martın 3-nə planlaşdırılıb. Lakin həmin tarixə bir neçə gün qalmış Fars körfəzində müharibənin başlaması səbəbindən səfər təxirə salınıb. Tərəflər daha sonra yeni tarix barədə razılığa gəliblər.

Tirmizi qeyd edib ki, Pakistanın Baş naziri qlobal miqyasda ciddi dəyişikliklərin baş verdiyi və tarixi baxımdan mühüm dövrdə Rusiyaya səfər edəcək.

Əlaqəli Xəbərlər