Menyu

Kestutis Budris: Azərbaycan-Litva münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib

Nərmin Qocamanlı
Kestutis Budris: Azərbaycan-Litva münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib
1 dəq oxu

Litva ilə Azərbaycan strateji tərəfdaşlıq haqqında birgə bəyannamə imzalayıb və ikitərəfli münasibətlər yeni səviyyəyə yüksəlib.

Operativ Media xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında bildirib.

Budris qeyd edib ki, Azərbaycan Avropa İttifaqı ilə Mərkəzi Asiya, Cənubi Qafqaz arasında əlaqələrin qurulmasında, yüklərin Avropaya daşınmasında və Avropanın enerji mənbələrinin şaxələndirilməsində mühüm rol oynayır.

O, Azərbaycanın hazırda regionu birləşdirən əsas dövlətlərdən birinə çevrildiyini vurğulayıb.

Litva XİN rəhbəri Azərbaycanın Avropa ilə tərəfdaşlığını, strateji baxışını və regional proseslərdəki rolunu yüksək qiymətləndirərək, ölkənin digər dövlətlər üçün etibarlı tərəfdaş olduğunu bildirib.

Əlaqəli Xəbərlər