İstanbulda partlayış olub

Nərmin Qocamanlı
İstanbulda partlayış olub

 

Türkiyənin İstanbul şəhərinin Esenler rayonunda sənaye bölgəsində iş yerində baş verən partlayış nəticəsində bir nəfər ölüb, 3-ü ağır olmaqla 5 nəfər yaralanıb.

"Operativ Media" “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə yerinə çox sayda polis əməkdaşları, yanğınsöndürənləri və təcili tibbi yardım heyəti cəlb olunub.

Hadisəyə ilkin səbəb kimi oksigen balonunun partlaması göstərilir.

Digər xəbərlər