http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Xaricdə təhsil alan daha 102 nəfərin diplomu tanınmayıb

01 İyun 2023 , 16:51
Xaricdə təhsil alan daha 102 nəfərin diplomu tanınmayıb

Xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı may ayı üzrə 734 müraciətçinin 632-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 102 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən "Operativ Media" -ya verilən məlumata görə, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 94, dövlət nümunəli olmayan diplom səbəbilə 3, digər səbəblər üzrə 5 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 328, Rusiya Federasiyasından 151, Türkiyə Respublikasından 109, Gürcüstandan 54, Belarusdan 30, digər ölkələrdən isə 62 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, maliyyə üzrə 95, iqtisadiyyat üzrə 80, hüquqşünaslıq üzrə 69, menecment üzrə 44, biznesin idarə edilməsi üzrə 40 müraciətçi qeydə alınıb.

Bildiririk ki, sənədlərə ortalama baxılma müddəti 15 iş günü təşkil edib.

OXŞAR XƏBƏRLƏR
Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticəsini təsdiqləyib – YENİLƏNİB

Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq

Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

Bakıda “Kiberdiplomatiya” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçiriləcək

XƏBƏR LENTİ
  • 20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • 19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
  • 19:48

    Rusiyada 5.8 bal gücündə zəlzələ baş verib
  • 19:26

    Yevlax sakinini avtomobillə qəsdən vurub öldürən şəxs saxlanılıb
  • 19:07

    BMT-də COP29-la bağlı yerli və xarici QHT-lərin birgə tədbir keçirilib
  • 18:39

    Ağsuda iki vəzifəli şəxsə cinayət işi açılıb
  • 18:23

    Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib
    Antoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib
  • 17:47

    İraqın şimalında 17 terrorçu zərərsizləşdirilib
Menyu