04 İyun 2023, 23:59
Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Özbəkistana gedir
Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani iyunun 5-də Özbəkistana dövlət səfərinə gələcək. Səfər zamanı Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə siyasi əlaqələrin inkişafı və investisiya layihələrinin həyata keçirilməsi məsələlərini müzakirə edəcək.
"Operativ Merdia" xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Qətər Əmirinin Özbəkistana səfəri iki dövlət arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyində ilkdir.