05 İyun 2023, 12:40
"Ermənistan Qarabağın statusu ilə bağlı danışıqlar aparmaq iddiasında deyil"
"Ermənistan Qarabağın statusu ilə bağlı danışıqlar aparmaq iddiasında deyil" şəkil
"Ermənistan Qarabağın statusu ilə bağlı danışıqlar aparmaq iddiasında deyil"

Ermənistan Qarabağın statusu ilə bağlı danışıqlar aparmaq iddiasında deyil. 

"Operativ Media" xəbər verir ki, bunu iyunun 5-də Milli Assambleyada parlamentin daimi komissiyalarının birgə iclasında 2022-ci il dövlət büdcəsinin icrasına dair hesabatın müzakirəsi zamanı respublikanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

Nazirin sözlərinə görə, Ermənistanın bunun üçün heç bir mandatı yoxdur. “Bəli, biz erməni xalqından onun gələcəyi ilə bağlı danışıqlar aparmaq üçün mandat almamışıq. Və statusun müəyyən edilməsi məsələsində biz heç nə iddia etmirik və buna cəhd də etmirik”, - Mirzoyan bildirib.

Nazirin sözlərinə görə, Ermənistan yalnız bu dialoqun başlanması üçün mexanizmin, eləcə də platformanın yaradılmasını təmin etməlidir.

Son xəbərlər
Rəsmi Bakı Fransa XİN rəhbərinə cavab verib
Venesuelada iğtişaşlarda saxlanılan 2000-ə yaxın şəxs azad edilib
Belarusda prezident seçkilərində seçicilərin 41,81 faizi iştirak edib
Azərbaycanlı atıcı Leyli Əliyeva Münxendə bürünc medal qazanıb
Ermənistan hakimiyyəti ölkədə növbədənkənar seçkilər keçirməyi planlaşdırmır
Salyanda yük maşınının yanacaq çəni partlayıb
Braziliyada daşqınlar nəticəsində azı 96 nəfər ölüb
Azərbaycan PL: "Sumqayıt" "Sabah"la heç-heçə etdi