Menyu

Azərbaycan və Ermənistan XİN başçıları Vaşinqtonda görüşəcək

Nərmin Qocamanlı
Azərbaycan və Ermənistan XİN başçıları Vaşinqtonda görüşəcək

"Ermənistan və Azərbaycan xarici işlər nazirləri səviyyəsində münasibətlərin qurulması və sülh müqaviləsi üzrə danışıqları davam etdirəcəklər".

"Operativ Media" xəbər verir ki, bu barədə “Armenpress”ə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

Onun sözlərinə görə, müzakirələrin növbəti raundunun ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilməsi planlaşdırılır.

Qeyd edilib ki, iyunun 12-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun iştirakı ilə müzakirələr başlayacaq.

 

 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər