Menyu

Ermənistandan Rusiyaya növbəti xəyanət

Redaksiya
Ermənistandan Rusiyaya növbəti xəyanət

Ermənistan hakimiyyəti müttəfiqi olan Rusiyaya qarşı növbəti təxribatçı addım atıb.

"Operativ Media" xəbər verir ki, bu barədə "Hraparak" nəşri məlumat yayıb.

Məlumatda qeyd olunur ki, ötən gün Avropa Parlamentinin müdafiə komitəsinin sədri Natali Luazo və Avropa Parlamentinin təhlükəsizlik və müdafiə komitəsinin üzvləri də daxil olmaqla Avropa İttifaqının nümayəndə heyəti Sisian hava limanına enib.

Həmin hava limanını isə müharibədən sonra Rusiya sülhməramlıları idarə edir və ona bitişik ərazidə onların geniş poliqonu var.

Onları hava limanında Aİ-nin Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Ritter və Aİ-nin Ermənistandakı səfiri Andrea Viktorin də qarşılayıb.

Üçtərəfli bəyanata görə, Laçın dəhlizində Aİ müşahidəçilərinin patrulluq etmək səlahiyyəti yoxdur və dünən məlum olub ki, səfərə gələn qrup Aİ missiyasına qoşularaq Laçına gedən yolun başlanğıcında müşahidə aparıblar.

Mənbənin məlumatına görə, Təhlükəsizlik Şurasının son iclaslarının birində Ermənistanın KTMT-yə üzvlüyünün dondurulması məsələsi müzakirə olunub, bununla bağlı hakimiyyət hələ də ictimai mövqe bildirməyib.

Teqlər:

"Ermənistandan Rusiyaya növbəti xəyanət"

Əlaqəli Xəbərlər