Menyu

Rusiya XİN Aİ-nin yeni sanksiya paketinə cavab verib

Redaksiya
Rusiya XİN Aİ-nin yeni sanksiya paketinə cavab verib

Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi Avropa İttifaqının Rusiyaya qarşı 11-ci sanksiya paketini qəbul etməsinə reaksiya verib.

"Operativ Media" xəbər verir ki, bəyanatda deyilir:

"Avropa İttifaqı birtərəfli məhdudlaşdırıcı tədbirlərlə Rusiyaya təzyiq göstərməyə cəhd etməkdə davam edir. İyunun 23-də Aİ ölkələri on birinci sanksiya paketini qəbul edib. Biz Aİ-nin bu cür hərəkətlərini qeyri-legitim hesab edirik. Bu qeyri-dost hərəkətlərə cavab olaraq Rusiya tərəfi 15 avqust tarixli “Rusiya Federasiyasından çıxmaq və Rusiya Federasiyasına daxil olmaq qaydası haqqında” Federal Qanuna uyğun olaraq Avropa qurumlarının və Aİ-yə üzv dövlətlərin nümayəndələrinin siyahısını xeyli genişləndirib. Söhbət Aİ ölkələrinin hüquq-mühafizə orqanlarının, hökumət və kommersiya təşkilatlarının nümayəndələrindən, Kiyevdəki neonasist rejiminə hərbi yardım göstərməyə cəlb olunmuş Aİ-yə üzv dövlətlərin vətəndaşlarından (silah və hərbi texnika və geyim formasının tədarükü, ukraynalıların təlimi) gedir. Onların Rusiya ərazisinə girişinə qadağa qoyulub".

Teqlər:

"Rusiya XİN Aİ-nin yeni sanksiya paketinə cavab verib"

Əlaqəli Xəbərlər