Menyu

Putin ölkədə baş verənlərlə bağlı xalqa müraciət edəcək

Redaksiya
Putin ölkədə baş verənlərlə bağlı xalqa müraciət edəcək

Rusiya prezidenti Vladimir Putin Vaqnerin Rusiya ordusuna qarşı əməliyyatlarına görə xalqa müraciət edəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. 

Qeyd edək ki, Rusiyanın “Vaqner” Xüsusi Hərbi qruplaşmasının başçısı Yevgeni Priqojin Rusiya ordusuna qarşı əməliyyata başlayacağını bildirib.

O iddia edib ki, Rusiya MN Vaqnerin arxa cəbhəsinə zərbə endirib, itkilər var: "Biz 25 min nəfərik və ölkədə xaosun niyə baş verdiyini aydınlaşdıracağıq. Qoşulmaq istəyən hər kəs qoşulsun. Bu biabırçılığa son qoymalıyıq".

Rusiya MN isə vəziyyəti təxribat adlandırıb və məlumatların həqiqətə uyğun olmadığını bildirib.

Daha sonra Vaqner Rostova doğru irəliləyib və müqavimətsiz bir neçə ordu qərargahını ələ keçirib.

Teqlər:

"Putin ölkədə baş verənlərlə bağlı xalqa müraciət edəcək"

Əlaqəli Xəbərlər