Yaponiya Müdafiə Nazirliyi qeyd edib ki, Şimali Koreya gün ərzində Yapon dənizinə ən azı 4 raket atıb.
"Operativ Media" xəbər verir ki, ABŞ və Cənubi Koreya Şimali Koreyanın ballistik raket buraxılışına cavab olaraq birgə təlimlər zamanı Yapon dənizinə dörd yer-yer raketi atıb.
Qeyd edək ki, ABŞ, Cənubi Koreya və Yaponiya sentyabrın 30-da Şərq dənizinə bitişik beynəlxalq sularda son 5 ildə ilk dəfə sualtı qayıq əleyhinə təlim keçirib.