Samsung: Qatlana bilən ekranlı iPad-lər gəlir

Operativ Media
Samsung: Qatlana bilən ekranlı iPad-lər gəlir

Samsung iclasında "Apple"in tədarükçülərinə yeni hədəfini açıqladı. Bu kontekstdə Apple şirkətindən görəcəyimiz ilk qatlana bilən iPad-lər 2024-cü ildə buraxıla bilər.

Ötən günlərdə satışa çıxarılan iPad Pro modeli Apple şirkətindən qatlanan ekranlı modeli gözləyən istifadəçiləri məyus edib. Samsung şirkəti bu yaxınlarda keçirdiyi görüş zamanı tədarükçülərinə bildirib ki, Apple-ın 2024-cü ildə qatlanan displeyli bir cihaz təqdim edəcəyini gözləyir.

"Operativmedia.az" “The Elec”ə istinadən xəbər verir ki, Cənubi Koreyanın texnologiya nəhəngi “Samsung” görüş zamanı təchizatçılarına “Apple”ın 2024-cü ildə qatlana bilən qurğular istehsal edəcəyini, lakin bu bazara smartfonlar əvəzinə noutbuk və planşetlərlə girməyi gözlədiyini bildirib.

 

Həmçinin əlavə edilib ki,Samsung, qatlanan cihaz bazarının 2025-ci ilə qədər hər il 80% artacağını gözlədiyini bildirib.Cənubi Koreya texnologiya nəhənginin bu gözləntinin səbəbi Apple-ın 2024-cü ildə qatlana bilən elektron cihaz bazarına çıxması ilə bağlı ola bilər.

 

İclasda gələcəkdə qatlana bilən cihazlarda etmək istədiyi bəzi təkmilləşdirmələri ətraflı şəkildə izah edən Samsung-un əsas məqsədi ekranın qatlanması nəticəsində ekran səthində yaranan qırışların aydınlığını azaltmaqdır.

Digər xəbərlər